Mübarək Şaban ayı daxil olmuşdur. Bu əziz ayda dinimizin çox önəmli bayramları vardır. Şaban ayının 3-də, hicri 3-cü ildə - İmam Hüseynin (ə) mübarək mövludu günüdür. Şaban ayının 4-də, hicri 24-cü ildə - Aşura qəhrəmanı, Həzrət Əli (ə) yadigarı, rəşadətli ələmdar Həzrət Əbülfəzl Abbasın (ə) mübarək mövludu günüdür. Şaban ayının 5-də, hicri 38-cü ildə - Aşura həqiqətlərini dünyaya çatdıran, öz şücaətilə hətta zalım müstəbidləri də çaşqınlığa salan İmam Səccadın (ə) mübarək mövludu günüdür. Şaban ayının 11-i hicri 33-cü ildə - Kərbəla qəhrəmanı, öz şücaətilə düşməni lərzəyə gətirən, İmam Hüseynin (ə) böyük oğlu - Həzrət Əli Əkbərin mübarək mövludu günüdür. Şaban ayının 15-də, hicri 255-ci ildə - mübarək zühuru ilə dünyanı zülmdən qurtaracaq, haqq-ədalətlə dolduracaq 12-ci İmamımız - Həzrət Mehdi Sahib-əz-
... Читать дальше »