1. Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. (Zariyat-56)
2 Mənə ibadət edin? bu doğru yoldur! (Yasin-61)
3 İmam Əli(ə) buyurur: Yolların ən yaxşısı həqiqət yoludur. (Qürərül-Hikəm – c1 – s182).
4 İmam Hüseyn(ə) buyurur: Ağıl yalnız haqqa itaət etməklə kamil olur. (Biharül-ənvar – c-78 – s127)
5 Həzrət Əli(ə) nəsihət edərək buyurur: "Ey insan! Sənin dərdinin dərmanı və yuxunun oyanışı yoxdurmu? Niyə səni Allahın qəzəb qorxusu oyatmır? Halbuki, ona itaət etməmək nəticəsi ndə onun qəzəbinə düçar olmaq dərəcəsinə yetişmisən. Ona görə də süstlüyünü qətiyyətlə, qəflət yuxusunu oyanış və hərəkətlə müalicə et".Nəhcül-bəlağə (Feyzül İslam) 214-cü xütbə.
6 Həzrət peyğəmbər(s) buyurur: Ey Allahın bəndələri? sizlər xəstə? bütün aləmləri yaradan isə həkim kimidir. Xəstənin xeyri öz istəklərinə yox? həkimin tədbirlərinə əməl etməkdədir. Buna görə nicat tapmaq üçün Allahın əmrinə təslim olun. (Məcmueyi Vərram – c2 – s117)
7 Həqiqətən (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi? (Yasin-62)
8 İmam Zaman (əc) buyurur: Allah-təala məxluqatı hikmətsiz yaratmamışdır və onları hədəfsiz və öz başına buraxmamışdır. (Biharül-ənvar – c53 s194)
9 İmam Əli(ə) buyurur: Qətiyyən başqasının bəndəsi olma! Çünki? Allah səni azad yaratmışdır.(Qürərül-Hikəm – 85-ci fəsil 219-cu hədis)
10 İmam Hüseyn(ə) buyurur: İzzətli ölüm zillətli yaşamaqdan yaxşıdır. Biharul ənvar c.44. s192.
11 İmam Əli(ə) buyurur: Ey adəm övladı! Əziz olan Allah öz ne’mətlərini ardıcıl olaraq sənin ixtiyarında qoyduğu zaman və Ona itaət etmədiyindən qorx!(Nəhcül-Bəlağə – 23-cü hikmət)
12 Səccad(ə)-dan belə nəql edir: "İnsanların ən yaxşısı Allahın buyurduğu vacibi əməlləri yerinə yetirəndir."
13 İmam Səccad(ə) buyurur: Nə üçün yaranmış olduğunuzu düşünüb? əməl edin. Çünki Allah sizi boş yerə yaratmamışdır. (Tühəfül-Üqul – s274)
14 “Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin. Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!” (Həşr-19)
15 Həzrət Əmirəlmö’minin(ə) buyurur: “Ey Allah bəndələri! Elə indidən ayılın. Çünki hələ dillər azad, bədənlər sağlam, bədən üzvləri hazır, gediş-gəliş yeri geniş və imkan çoxdur. Fürsəti əldən verməmişdən və ölüm yetişməmişdən qabaq ayılın. Ölümü həmişə hazır bilin. Nə vaxtsa gələcəyini gözləməyin. (Çünki bu sizi süst edib əməllərinizin tə’xirə düşməsinə səbəb olar.) Nəhcül-bəlağə: Feyzül İslam: xütbə №187.
16 İmam Əli(ə) buyurur: Əməllərin ən şərafətlisi Allaha itaət etməkdir. (Qürərül-Hikəm – c1 – s183)