Ə

H

L

İ

B

E

Y

T


a

ş

i

q

l

ə

r

i

nullВоскресенье, 29.06.2025, 14:55

ƏHLİBEYT-aşiqləri

Главная



| RSS
Giriş
Kateqoriyalar
axtarş
Главная » 2009 » Август » 04 » QİYAMƏT
QİYAMƏT
14:23

Qalxın, məhkəmə başlanır!
Günlərin bir günü bizi əhatə edən aləm bir-birinə dəyəcək! Dünya həyatı bir gün sona çatacaq. Əksər insanların əsla düşünmədiyi o Gün gələcək: «…Göz (heyrətdən) bərələcəyi; Ay tutulacağı; Günəşlə Ay birləşəcəyi zaman - məhz o gün insan “Qaçıb can qurtarmağa yer haradadır?” - deyəcəkdir. Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır! O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!” («Qiyamət surəsi, 7-12-ci ayələr). Beləliklə, Qiyamətdə insanın ruhu ilə cismi yenidən birləşəcək. İlahi məhkəmə qurulacaq və insan dünyada etdiyi hər bir zərrə şeyə görə də cavab verəcək…

Mən yenidən diriləcəm???
Bəzi insanlar yenidən diriləcəklərinə inanmırlar. Məgər bir zamanlar bizləri nütfədən insan edən, ölü torpağı dirildib bağ-bağçaya çevirən Allah, yenidən bizləri var etməyə qadir deyilmi? «Onlar: “Biz sür-sümük, çürüyüb-ovxalanmış torpaq olduğumuz halda, dirildilib yeni məxluqmu olacağıq?” - deyirlər… O halda bizi kim (yenidən dirildib həyata) qaytaracaqdır?” (Ya Rəsulum!) De: “İlk dəfə sizi yoxdan yaradan (Allah)!” («İsra» surəsi, 49, 51-ci ayələr). «… (qiyamət günü) onun (insanın) sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!» («Qiyamət» surəsi, 3-4-cü ayələr).

İsrafilin suru
Quranda Qiyamətin qopması obrazlı şəkildə təsvir edilir. İlkin mərhələdə Sur çalınır və bütün məxluqatın fani həyatına son qoyulur. Daha sonra yenidən Sur çalınır və insanlar dirildilərək ilahi ədalət məhkəməsinə çağırılırlar. Sonuncu, üçüncü dəfə Sur çalınır və artıq hamı Allah qarşısında haqq-hesaba çəkilir: «Onlar (küçədə, bazarda) bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli səsə (İsrafilin surunun birinci dəfə çalınmasına) bənddirlər. Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər! Sur (ikinci dəfə) çalınan kimi (Qiyamət günü) qəbirlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar. Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən (qəbir evindən) kim qaldırdı? (Onlara belə deyiləcək:) “Bu, Rəhmanın məxluqata buyurduğu vəddir (Qiyamət günüdür). Peyğəmbərlər doğru deyirlərmiş!”. Yalnız bir dəhşətli səs qopan (İsrafilin axırıncı dəfə surunu çalan) kimi onlar hamısı (haqq-hesab üçün) qarşımızda hazır duracaqlar. Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!» («Yasin» surəsi, 49-54-cü ayələr). Bu zaman qohumluq bağları, dostluq-tanışlıq və s. kimi əlaqələr artıq heç nə ifadə vermir: «O gün (Qiyamət günü) hər kəs öz canının hayında olar…» («Nəhl» surəsi, 111-ci ayə).

Əməl dəftəri sağ əlində və sol əlində olanlar…
İlahi ədalət məhkəməsində yaxşı işləri pis işlərindən ağır gələnlər uğurla imtahatdan keçən şagirdlər kimi, sevinc içində olur. Əlbəttə, bu sevinci dünya sevinci ilə müqayisə etmək mümkün deyil… Pis əməlləri daha ağır gələnlər isə bu məhkəməyə qorxunc bir durumda çıxarılmış olurlar. «Vaqiə» surəsinə əsaslanaraq, Qiyamət günü insanlar 3 zümrəyə ayrılacaq: 1) Əməl dətrərləri sağ əllərinə verilənlər; 2) Əməl dəftərləri sol əllərinə verilənlər; 3) Öndə olanlar. «Əməl dəftəri»ndə insanın bütün sözləri, davranışları incələnəcək, hətta ən kiçicik işləri də. Öndə olanlar dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olanlardırlar. Onlar Nəim cənnətlərində olacaqlar. Bu sıraya peyğəmbərləri, imamları, şəhidləri, ən sadiq Allah bəndələrini aid etmək olar. Saleh əməlləri üstünlük təşkil edənlər üçün «əməl dəftəri» sağ əlinə verilir, pis əməl sahiblərinin dəftərləri isə sol əllərinə veriləcək
Ardı var...


Просмотров: 932 | Добавил: elshan | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
ONLINE VIDEO
ONLINE AUDIO
Calendar
«  Август 2009  »
Пн Вт Ср Чт Пт Сб Вс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Polls
Оцените мой сайт
Всего ответов: 49

ƏHLİBEYT-aşiqləri

null