Ə

H

L

İ

B

E

Y

T


a

ş

i

q

l

ə

r

i

nullВоскресенье, 29.06.2025, 01:36

ƏHLİBEYT-aşiqləri

Главная



| RSS
Giriş
Kateqoriyalar
axtarş
Главная » 2009 » Август » 04 » Ölüm son hədd deyil!
Ölüm son hədd deyil!
14:56

           

Axirətə inanmaq - bu dünyadakı həyatdan sonra başlayıb, əbədiyyətəcən davam edəcək həyatın qəbul edilməsi anlamını özündə ehtiva edir. Bu inam mahiyyət etibarı ilə Allahın varlığını qəbul edən bütün din və düşüncə sistemlərində mövcuddur. İslam dini isə bunu imanın əsaslarından biri kimi qəbul edir. Sözün əsil mənasında İslamın üç məfhumla ifadə edilən iman anlayışında, yəni Allaha iman gətirmək və peyğəmbərlik məsələsindən sonra üçüncü yeri axirəti qəbul etmək tutur. 

Həyatın bir çox sahələrinə dair bilgilər verilən "Bəqərə" surəsinin əvvəlində möminlər möcüzəyə inanan, namazlarını vaxtlı-vaxtında qılan, Allahın verdiyi nemətlərlə keçinən, sevimli Peyğəmbərimizlə (s) bərabər, ondan əvvəlki peyğəmbərlərə göndərilənləri təsdiq edən şəxslər kimi təqdim olunur. Bununla belə, həmin surədə onların axirətə də qəti bir şəkildə inandıqları ifadə edilir. Peyğəmbər (s) də bilavasitə iman məsələsini əsas kimi önə çəkdiyi bir hədisində Allaha, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirməklə bərabər, öldükdən sonra dirilməyə inanmağı da ümmətinə tövsiyə edir. 

Axirət məsələsi İslam dininin ehkamlarına görə zaman etibarı ilə iki hissədən ibarətdir: Allahın əmri ilə Qiyamətin qopması İsrafil adlı mələyin "Sur"u çalmasından sonra onun (Qiyamətin) birinci hissəsi, Sur növbəti dəfə çalındıqdan sonra isə axirətin ikinci hissəsi başlayacaq ki, bu hissədə də imanlı, əməli-saleh insanlar cənnətə, imansız, ömrünü cəhalət içərisində keçirənlər isə cəhənnəmə göndəriləcəklər. Buna görə də axirət bütövlükdə götürüldükdə Surun çalınması, Qiyamətin qopması, insanların yenidən dirildilməsi, hər kəsə dünyada gördükləri işlərə dair yazılmış "əməl dəftəri"nin verilməsi, habelə əməllərin qiymətləndirilməsi, bu dünyada gördükləri işlərin hesabının verilməsi, sirat (körpü), cənnət və cəhənnəm həyatı kimi hadisələri və mərhələləri özündə ehtiva etməkdədir. 

Dini qaynaqlarda bildirilir ki, bu hadisələrin və ya mərhələlərin içərisində Qiyamətin qopması, yenidən dirilmənin həyata keçirilməsi və "ilahi məhkəmə"nin nəticəsində yaxşıların mükafatlandırılması üç əsas mərhələyə bölünür. Bu üç əsas hadisə, yaxud mərhələ İslamda həm əqli, həm də nəqli (gözlə görünən) dəlillərlə çox açıq bir şəkildə ortaya qoyulmuşdur. 

Nəqli dəlillər baxımından baxıldıqda Qiyamətlə əlaqədar olaraq, Quranda çoxlu ayələrin mövcudluğu məlumdur. Müqəddəs kitabdakı ayələrdə göstərilir ki, Qiyamətin qopmasıyla göy yarılacaq, Günəş sönəcək, ulduzlar parçalanaraq töküləcək və "köhnə yun" kimi olacaq. Bir sözlə, həm göylərin, həm də yerin forması büsbütün dəyişəcək və gördüyümüz aləmdən əsər-əlamət belə qalmayacaqdır. 

Dirilmə ilə bağlı çoxlu ayə vardır ki, bunların birində belə buyurulur: "Sizi Allah yaşadır, sonra həyatınıza son verir, sonra da sizi Qiyamət günündə toplayıb bir yerə yığacaqdır. Ancaq insanların çoxu bunu bilmir. Göylərin və yerin hökmdarlığı Allahın əlindədir. Qiyamətin qopduğu gün, məhz həmin gün batil yola düşmüş olanlar çox pis vəziyyətdə qalacaqlar". (Casiyə, 45-46). 

Qiyamətdən sonra haqq-hesabın başlanması, insanların əməllərinə görə cənnətə və ya cəhənnəmə göndərilmələrinə gəldikdə isə deməliyik ki, bu mövzudakı ayələrin sayı da kifayət qədərdir. Həmin ayələrdə buyurulur ki, Allah-Təalanın əmrinə əsasən insanların bütün əməllərini qeyd edən mələklərin topladığı məlumatlar onların (insanların) etiraz etməsinə cüzi də olsa imkan verməyəcək bir qaydada ortaya qoyulacaqdır. Bir sözlə, axirətdə Ulu Yaradanın onsuz da hər şeyi əhatə edən hüdudsuz elmi və ədaləti ilə çox həssas bir şəkildə haqq-hesab aparılacaq. Və heç kim azacıq da olsa belə, haqsızlığa məruz qalmadan layiq olduğu "mükafatı" alacaqdır; cənnət, yaxud da cəhənnəmə göndəriləcəkdir. 

Unudulmamalıdır ki, axirətə inam insan həyatını önəmli bir şəkildə istiqamətləndirir, yaradılışdakı qayə və hikməti öyrədir. Məhz elə bu səbəbdən də hər kəc bilməlidir ki, Allah-Təala tərəfindən "müəyyən olunmuş vaxtda" mütləq və mütləq ölümün dadına baxacaqdır. Amma bu ölüm heç də "son" deyil. Yuxarıda qeyd etdiyimiz kimi, ölümdən sonrakı dirilmə həyatı daha böyük və əsas önəm daşıyır. –ünki məhz bu mərhələdən sonra Allah-Təalanın qabaqcadan vəd etdiyi axirət həyatı başlayacaqdır. 

Bütün bunlar bir daha göstərir ki, həyatda heç nə itmir, sadəcə bir formadan ayrı bir formaya keçir. Dünya həyatından axirət həyatına keçidi də elə bu sayaq dəyərləndirmək olar. 

Hər halda heç kəs ölmək istəməsə də, ölüm haqdır. Və bu haqq olan ölüm isə axirətə ilkin bir keçid formasıdır.

Просмотров: 1461 | Добавил: elshan | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
1 samir  
0
salmun aleykum qardas allah razzi olusn matna gora.ancaq mohtarazanin icinda casiya sozundan sonra olan 45-46 nayin gostaricisidir mumkunsa bu haqda?agar ayanin necanci ya olmasini bildirirsa qardasim Casiya surasi 37 ayyadir nacur oldu 45-46 ?yox basqa nayisa gostarirsa onu aydin yazin ki bilinsin.bagisliyin umudvaram sozlarimi duzgun catdira bildim va sizida narahat etmadim

Имя *:
Email *:
Код *:
ONLINE VIDEO
ONLINE AUDIO
Calendar
«  Август 2009  »
Пн Вт Ср Чт Пт Сб Вс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Polls
Оцените мой сайт
Всего ответов: 49

ƏHLİBEYT-aşiqləri

null