 Zahir və Batin Allahın adıyla
*Peyğəmbərimiz həzrət Məhəmməd (s) buyurmuşdur:
”Həqiqətən də məndən sonra insanlar içərisində canişinlər, vəsilər, Allah höccətləri on iki nəfərdir. Onların birincisi qardaşım, sonuncusu isə övladımdır.
O, həzrətdən soruşdular:
“Ya Rəsulallah, qardaşınız kimdir?
Buyurdu: “Əli ibn Əbi Talib”.
Yenə soruşanda ki, bəs övladınız kimdir, buyurdu: “Mehdi. O, yer üzünü zülm, sitəmlə dolduqdan sonra haqq, ədalətlə dolduracaqdır. Məni haqq üzrə peyğəmbərliyə Seçənə and olsun ki, dünyanın sonuna hətta bir gün qalmış olsa belə, Allah-taala o günü ə qədər uzadacaqdır ki, övladım Mehdi həmin gündə zühur etsin. Məryəm oğlu İsa Ruhullah səmadan yerə enərək onun arxasında namaz qılacaq, yer üzü Allah nuruna boyanacaq, onun höküməti dünyanın hər tərəfini əhatə edəcək" (Şeyx Səduq, “Kəmaluddin”).
*İmam Əli (ə) oğluna buyurmuşdur:
“Ey Hüseyn (ə), sənin doqquzuncu övladın elə həmin haqq üzrə qiyam edəcək şəxsdir. O, dini zahir edərək ədaləti yayacaq".
İmam Hüseyn (ə) sövqlə soruşdu:
“Ya Əmərəlmöminin, demək belə olacaq?"
Buyurdu:
"Bəli, Məhəmmədi bütün insanlar arasından seçərək peyğəmbərlik üçün göndərən Şəxsə and olsun ki, belə olacaq. Amma bu, yəqin ruhuna malik olan xalis bəndələrin qədəmlərindən savayı heç bir qədəmin sabit qala bilməyəcəyi uzun bir qeyb və ağır, uzun bir çaşqınlıq dövründən sonra baş verəcəkdir. Deyilən xislətlərə malik olan o bəndələr onlardır ki, Allah onlardan bizim vilayət əhd-peymanımızı almış, imanı onların qəlblərinə yazmış və öz tərəfindən olan bir ruhla (xüsusi lütflə) onları qüvvətləndirmişdir”.
*İmam Həsən (ə) bir hədisdə buyurmuşdur:
”Məgər siz bilmirsinizmi ki, bizlərin hər birinin boynunda bir sitəmkarın beyəti vardır? Ancaq arxasında Məryəm oğlu İsa Ruhullahın (ə) namaz qıldığı (Ali-Məhəmmədin) Qaimində bu cür olmayacaq. Həqiqətəndə Allah-taala onu gizli şəkildə dünyaya gətirəcək və onu qeybə çəkəcək ki, heç bir sitəmkarın hakimiyyətini qəbul etməsin (beyət etməsi-müt). Qardaşım Hüseynin övladlarından və kənizlər xanımının övladı olan o şəxs dünyaya gələndənsonra, Allah onu qeybə çəkərkən onun ömrünü uzadacaq, sonra onu qırx yaşından az, cavan halda üzə çıxaracaq ki, Allahın hər bir şeyə qadır olduğunu bilsinlər".
*İmam Hüseyn (ə) buyurmuşdur: “On iki nəfər hidayətedici bizdəndir. Onların birincisi möminlərin əmiri Əli ibn Əbitalib, sonuncusu isə, mənim övladlarımdandır. O, haqq üzrə qiyam edəcək imamdır. Allah onun vasitəsilə ölmüş yeri dirildəcək və müşriklər istəməsələr də, haqq dini bütün dinlərə qələbə çaldıracaq. O, elə qeybə çəkiləcək ki, insanların bir qrupu həmin zamanda mürtəd olacaq (dindən çıxacaqlar-müt.), bir qrupu isə sabitqədəm qalacaqlar. Möminlərə deyəcəklər ki, "əgər doğru deyənsinizsə, bu vədə (Həzrət Mehdinin qiyamı) nə vaxt həyata keçəcəkdir?" Onlar belə sözlərlə sabitqədəm möminlərə istehza edəcəklər.
Agah olun, hər kəs Mehdinin qeyb dövründə (müxaliflərin tərəfindən olan) əzab-əziyyət və danlağın müqabilində möhkəm dayansa, qılınc ilə Peyğəmbəri-əkrəmin (s) önündə dini müdafiə etmək üçün cihad edən şəxs kimidir".
*Həzrət Cəfər Sadiq (ə) buyurmuşdur:
“Hər kəs bütün imamları qəbul edib, həzrət Mehdini (ə.f.) qəbul etməsə, elə bil ki, bütün peyğəmbərləri qəbul edib, ancaq Məhəmmədin (s) peyğəmbərliyini inkaredibdir".
O, həzrətdən soruşdular: "Ey Allah Peyğəmbərinin övladı, Mehdi kimin oğludur, o, sizinmi övladınızdır?"
Həzrət buyurdu:
“O, yeddincinin (imamın) beşinci övladlarındandır. O, sizin gözünüzdən qeyb olacaq. Onun adını çəkmək sizə rəva deyildir” ("Kəmaluddin").
*İmam Museyi Kazim (ə): Sonra buyurdu:
“Bizim Qaimimizin qeybi dövründə bizim məhəbbətimiz və vilayətimizdən yapışan və düşmənlərimizdən bezarlıq edən tərəfdarlarımızın xoş halına! Bizim tərəfdarlarımızın xoş halına! Oların ki, Qaimimizin qeyb zamanında bizim məhəbbətimiz və vilayətimizdən yapışaraq düşmənlərimizin əziyyətləri müqabilində sabitqədəmdirlər. Onlar bizdən və biz də onlardanıq. Onlar bizim imamlığımıza razıdır və biz də onların şiələrimiz olmaqlarından razıyıq. Xoş onların halına! Onlar qiyamət günü bizim dərəcəmizdə olacaqlar ("Kəmaluddin").
*İmam Rza (ə): “Ey De`bil məndən sonrakı imam oğlum Məhəmməd, ondan sonrakı, oğlu Əlidir. Ondan sonrakı imam, onun oğlu Həsən və ondan sonrakı isə, Höccəti-Qaimi-Müntəzərdir. Dünyanın sonuna hətta bir gün qalmış olsa belə, Allah o günü o qədər uzadacaq ki, o, qiyam edərək zülmlə dolmuş yer üzünü ədalətlə doldursun.
Amma nə vaxt zühur edəcəyinə gəldikdə isə, atam atasından, atalarından və Əmirəl-möminindən rəvayət edir ki, bir gün həzrət Peyğəmbərdən belə soruşdular: “Ya Rəsulallah, sizin Qaiminiz nə vaxt zühur edəcək?”
O, Həzrət buyurdu:
“Onun məsələsi qiyamətin məsələsi kimidir. Allahdan başqa heç kəs onun vaxtını bilmir”.
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM İmamın adları
İmam Baqir (ə) «Haqsız yerə öldürülən məzlum şəxsin sahibinə bir ixtiyar verdik. (Şəriətin bu hökmləri ilə) artıq ona kömək olunmuşdur» ayəsinin təfsirində buyurmuşdur:«Allah (İslam Peyğəmbərini) Əhməd, Məhəmməd və Mahmud, İsanı Məsih adlandırdığı kimi, Mehdini Mənsur (kömək olunmuş) adlandırmışdır.»
İmam Sadiq (ə) o Həzrətdən Mehdiyə Qaim adı verilməsi barəsində sual soruşularkən buyurmuşdur:«Çünki o hər bir gizli işə istiqamət¬ləndirilir.» O Həzrətin imamətinin dəlili.
İmam Əskəri (ə) o Həzrətdən sonra olacaq ilahi höccət və imam barəsindəki suala cavab verərkən buyurmuşdur:«Oğlum Məhəmməd.Məndən sonra imam və höccət odur. Kim onu tanımadan ölsə cahiliyyət ölüsü kimi ölüb. Bilin! Onun qeybə çəkilməsi olacaqdır. Nadanlar bu barədə sərgərdan qalarlar və batil əhli məhvə düçar olarlar. (Onun zühuru üçün) vaxt təyin edənlər yalan deyərlər. O həmin qeybdən sonra zühur edər. Sanki mən Nəcəfdə onun başı üzərində dalğalanan ağ bayraqları görürəm.» Mehdi müjdəsi
Allahın Peyğəmbəri (s):«Müjdə olsun sənə ey Fatimə ki, Mehdi səndəndir.»
Allahın Peyğəmbəri (s):«Mehdi mənim nəvələrimdən biridir ki, üzü ay kimi nurludur.»
Allahın Peyğəmbəri (s):«Yer üzü zülm və düşmənçiliklə dolmayınca Qiyamət bərpa olmayacaq. Həmin vaxt mənim Əhli-Beytimdən biri qiyam edəcək və o, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi ədalətlə dolduracaq.»
Allahın Peyğəmbəri (s):«Mənim Əhli-Beytimdən bir kişi hakim olacaq ki, onun adı mənim adımla birdir. Əgər dünyadan ancaq bir gün də qalmış olsa, Allah həmin günü, o hakimiyyəti öz əlinə alana kimi uza¬da¬caqdır.»
İmam Əli (ə):«Mehdi bizdəndir, Fatimənin nəslindən.»
İmam Baqir (ə):«Qiyam edəndə Kəbəyə söykənəcək və üç yüz on üç kişi onun ətrafında dövrə vuracaq. Deyəcəyi ilk kəlmə, bu ayə olacaq:«əgər imanınız olsa «bəqiyyətullah» sizin üçün daha xeyirlidir.» Sonra buyuracaq:«Mən «bəqiyyətullah»am, Onun sizin üzərinizdə olan höccət və canişini.» Ona salam göndərən hər bir kəs belə deyər:«Salam olsun sənə ey Allahın yer üzündə qalanı!» İmam Mehdinin iki dəfə qeybə çəkilməsi.
İmam Sadiq (ə):«Qaim iki dəfə qeybə çəkilər: Bir dəfə qısa və bir dəfə uzun müddətli. Birinci dəfə qeybə çəkiləndə onun yerini ancaq o Həzrətin xas şiələri bilərlər. İkinci qeybdə isə onun yerindən o Həzrətin din yoldaşlarının xaslarından başqa heç kəsin xəbəri olmaz.» İmam qeybdə olan zamanda dindarlığın çətin olması.
Allahın Peyğəmbəri (s):«Məni haqq olaraq müjdəçi kimi göndərənə and olsun ki, o qeybdə olanda onun imam olması əqidəsində möhkəm duranlar qırmızı kükürddən də az tapılarlar.»
İmam Sadiq (ə):«Həqiqətən bu işin sahibi (imam Zaman) qeybə çəkilər. Həmin zamanda dini saxlamaq dəvətikanını əl ilə yuxarıdan aşağı qopartmaqdan da asan olar.» O Həzrət sonra bir az sükut etdi və buyurdu:«Həqiqətən bu işin sahibi qeybə çəkiləcək. Odur ki, gərək bəndə Allahdan qorxsun və öz dinindən yapışsın.» İmam qeybdə olan zaman dua etmək
İmam Sadiq (ə) İbn Sənana xitab edərək buyurmuşdur: «Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən imamsız qalacaqsınız. Həmin şəkk və tərəddüddən «Ğəriq» duasının oxuyandan başqa heç kəs qurtula bilməyəcək.» (İbn Sənan nəql edir ki,) dedim:«Ğəriq» duası necədir? Buyurdu: Deyirsən:
يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِك
«Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!» Mən dedim:
يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ وَ الأَبْصارِ ثَبِّتْ قَلْبِي عَلي دِينِكَ
«Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri və düşüncələri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!» Buyurdu:«Əlbəttə, ki, Allah-taala qəlb və düşüncələri haldan hala salandır. Amma sən mən deyən kimi de:»
يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِكَ
«Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!» Fərəc intizarı çəkmək
Allahın Peyğəmbəri (s):«Mənim ümmətimin ən üstün işi fərəc intizarında olmaq və Allahdan onun baş verməsini istəməkdir.»
İmam Səccad (ə):«Fərəc intizarını çəkməyin özü ən böyük qurtuluşlardandır.»
İmam Sadiq (ə):«Kim bu iş sahibinin (imam Zamanın zühurunun) intizarını çəkən halda ölsə, Qaimlə birlikdə onun xeyməsində olmuş kimidir. Xeyr! Bəlkə hətta Allahın Peyğəmbərinin (s) kənarında qılınc çalan şəxs kimidir.»
İmamKazim (ə):«Fərəc intizarında olmağın özü bir növ açılışdır.» İnsanları ümidsizlik bürüdükdən sonra Qaimin zühur etməsi.
İmam Sadiq (ə):«And olsun Allaha ki, bu iş (imamın zühuru) sizlər tamamilə ümidsizləşdikdən, xeyr, and olsun Allaha (sizin yax¬şılarınızla pisləriniz) bir-birindən seçiləndən sonra sorağınıza gələcəkdir.»
İmam Rza (ə):«Həqiqətən fərəc ümidsizlikdən sonra gələr.» Zühur üçün vaxt təyin edənlər yalançıdırlar.
İmam Baqir (ə) Fuzeylin «zühurun vaxtı müəyyənləşdirilib?» sualının cavabında buyurmuşdur:«Vaxt qoyanlar yalan deyiblər, vaxt qoyanlar yalan deyiblər, vaxt qoyanlar yalan deyiblər!» Qeybə çəkilmənin səbəbi
Allahın Peyğəmbəri (s):«O uşağın qeybə çəkilməsindən başqa çarə yoxdur.» Soruşdular:«Nə üçün, ey Allahın Peyğəmbəri? Buyurdu: «Öldürülməkdən qorxusu vardır.»
İmam Sadiq (ə) qeybə çəkilmənin səbəbi barəsindəki sualın cavabında buyurmuşdur:«Sizə faş etmək icazəmiz olmayan səbəbə görə.»
Abdullah ibn Fuzeyl nəql edir ki, dedim:«Bəs onda qeybə çəkilməyin fayda və hikməti nədir? Buyurdu:«Onun qeybə çəkilməsinin hikməti ondan qabaqkı ilahi höccətlərin qeybə çəkilmələrinin hikmətidir. Onun hikməti ancaq onun zühurundan sonra məlum olacaq…Qeybə çəkilmək Allahdan (Onun işlərindən) olan bir iş, Allahın sirlərindən biri və Allahın qeyblərindəndir. Allahın hikmət sahibi olmasını bildikdən sonra Onun bütün işlərinin hikmət əsasında olmasını anlayırıq, hətta onların hikmətlərinin sirləri bizə məlum olmasa belə!»
İmam Sadiq (ə):«Qaim (ə) Allahın əmanətləri çıxana (yəni kafirlərin belindən möminlər doğulana) kimi əsla zühur etməz. Beləliklə, onlar çıxandan sonra Qaim Allahın düşmənlərinə qalib gələr və onları öldürər.»
İmam Sadiq (ə):«Bu iş ( Qaimin (ə) qiyamı) bütün dəstə və qruplar xalqa hakim olduqdan sonra baş verəcək ki, heç kəs «əgər biz hakim olsaydıq ədaləti bərqərar edərdik» deyə bilməsin. Bundan sonra haqq və ədaləti bərqərar edən Qaim qiyam edəcək.»
İmamKazim (ə):«Əgər sizin aranızda «Bədr» əhlinin sayı qədər (həqiqi mömin) olmuş olsaydı, bizim Qaimimiz qiyam edərdi.» İmam qeybdə olan zaman insanların ondan bəhrələnməsi
İmam Mehdi (ə):«Mən qeybdə olan zaman məndən bəhrələnmək günəş buludun arxasında gözlərdən gizlin olanda ondan bəhrələnmək kimidir. Ulduzlar göy əhlinin əmin-amanlıq amili olduğu kimi mən də yer əhlinin əmin-amanlıq amiliyəm. Zühurun əlamətləri
İmam Əli (ə):«Xətib həlakətə düçar olanda, zəmanənin imamı gözlərdən gizlinə çəkiləndə və bir dəstə qəlblər şad, bir dəstə qəlblər isə qəmgin olanda arzusu olanlar məhv olar, dağılanlar bir-birlərindən ayrılar və sayları az – üç yüz nəfər və ya çox olan möminlər qalarlar. Həmin möminlərin kənarında «Bədr» günü Allahın Peyğəmbərinin (s) kənarında döyüşmüş, öldürülməmiş və ölməmiş bir dəstə döyüşər.»
İmam Sadiq (ə):«Allah möminlər üçün Qaimin (ə) qiyamının Bəzi nişanələrini sayıb.» Məhəmməd ibn Müslim nəql edir ki, mən dedim:«Allah məni sizə fəda etsin, həmin nişanələr hansılardır?» Buyurdu:«Allah-taalanın bu kəlamı:«Biz sizi (möminləri Qaimin qiyamından qabaq) bir az qorxu, bir az aclıq, bir az da mal , can və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver.»
İmam Mehdi (ə) Əli ibn Məhzyarın « ağam,bu iş (zühur) nə vaxt olacaq?» sualının cavabında buyurmuşdur:«Məkkənin yolları sizin üzünüzə bağlanan zaman.» Zühur zamanı
İmam Əli (ə):«Bir carçı səmadan «həqiqətən haqq Məhəmməd Əhli-Beyti ilədir!» deyə fəryad qoparanda Mehdi camaatın dilinə düşəcək. Onlar onun məhəbbət piyalələrini başlarına çəkəcəklər və dillərində onu yada salmaqdan və onun adından başqa bir şey olmaz.»
İmam Baqir (ə):«Əgər camaat Qaim qiyam edən zaman necə qırğınlar edəcəyini bilsəydi, şübhəsiz ki, onların çoxu onu görmək istərdi... Hətta insanların çoxu deyər:«O Məhəmmədin Əhli-Beytindən deyil, əgər Məhəmmədin Əhli-Beytindən olsaydı rəhm edərdi.»
İmam Baqir (ə):«Qaim yeni hökm, yeni kitab və yeni qəzavət (onların həqiqətini) gətirəcək. Ərəblərə qarşı sərt olacaq. İşi ancaq qılınc ilə olacaq. Heç kəsə tövbə etdirməyəcək və Allah yolunda heç bir qınayanın töhmətinə əhəmiyyət verməyəcək.»
İmam Sadiq (ə):«Bizim Qaimimiz qiyam edəndə Allah şiələrimizin qulaq və gözlərini elə iti edəcək ki, onlarla Qaim arasında qasid olmayacaq. Durduğu yerdən şiələrlə danışacaq və onlar onun sözlərini eşidəcək, onu görəcəklər.»
İmam Sadiq (ə):«Ərəblərin az bir hissəsi Qaim (ə) ilə birlikdə qi¬yam edəcəklər.» Dedilər:«Ərəblərin çoxu özünü o Həzrətin yardımçısı he¬sab edir?» Buyrdu:«İnsanlar gərək saflaşsınlar, yaxşısı ilə pisi bir-birindən ay¬rılsın, xəlbirlənsinlər. Onların çoxu xəlbirdən töküləcək.»
İmam Sadiq (ə):«Qaim (ə) qiyam edəndə o Həzrətin nəslindən ol¬ma¬sı güman edilənlər onun dəstəsindən çıxacaqlar, aya və günəşə pərəstiş edənə oxşayanlar isə onun dəstəsinə qoşulacaqlar.» Dünya imam Mehdinin zühurundan sonra
Allahın Peyğəmbəri (s):«Ümmətimin sonuncusunun içində Mehdi qiyam edəcək. Allah ona yağış əta edəcək, yer otunu bitirəcək, malı tam və kamil şəkildə verəcək, heyvan və dördayaqlılar artacaq və ümmət başıuca və əzəmətli olacaq.»
İmam Səccad (ə):«Bizim Qaimimiz qiyam edəndə Allah bəlanı bizim şiələrimizdən götürəcək, onların qəlblərini dəmir parçası kimi (möhkəm və qorxmaz) edəcək və onların hər birinə qırx kişinin gücünü verəcək. Onlar dünyanın ağa və başçısı olacaqlar.»
İmam Baqir (ə):«Qaim qiyam edəndə hər bir kinli düşmənə imanı təqdim edəcək. Əgər (həmin düşmən) səmimi qəlbdən iman gətirməsə boynu vurulacaq və ya bu günkü zimmə əhli (qeyri-müsəlmanlar) kimi cizyə (vergi) verəcək. Və həmin şəxslərin belinə qayış bağlayacaq və onları şəhərlərdən ətrafa və kəndlərə köçürəcəkdir.»
|