Ə

H

L

İ

B

E

Y

T


a

ş

i

q

l

ə

r

i

nullВоскресенье, 29.06.2025, 15:10

ƏHLİBEYT-aşiqləri

Главная



| RSS
Giriş
Kateqoriyalar
axtarş
Главная » 2009 » Август » 04 » Bu Da Gözlənilən "Dəccal"...
Bu Da Gözlənilən "Dəccal"...
11:34

                 

                                      Bismillahir-rəhmanir-rəhim!

Artıq 1979-cu ildən bəri olan dövr Hz.Peyğəmbərin və məsum imamların axır zaman, qiyamət, Dəccal və 

İmam Zamanın zühuru əlamətləri haqda dedikləri hədislər gerçəkləşməyə başlayır. Bu fikri mən özümün ağlımdan demirəm, bu fikir böyük İslam 

alimlərinin dedikləri fikirlərdir.

Dəccal tək gözlü, iyrənc qoxulu, Allahlıq iddiası edən(nauzubillah) lənətli bir şəxsdir. O Xorasanda zühur edəcək. Onun yer 

kürəsində ayaq qoymayaçağı yer qalmayacaq. O Allahlıq iddiasında olacaq. O böyük sehirbazlıqla məşğul olacaq. Cansız əşyalara işarə etdikdə ona 

tərəf hərəkət edəcəklər. Qumdan qızıl hazırlayacaq. Yeməyi şüşə, içdiyi su, dəniz suyu olacaq. Allahın izni ilə ölüləri dirildəcək. Ona görə ağıldan kəm 

insanlar ona tərəf gedəcəklər və onu rəbb deyə çağıracaqlar. O musiqi ilə bir neçə tayfanı öz ətrafına yığacaq. Onun zuhurundan sonra fitnə-fəsad 

artacaq, müharibələr çoxalacaq, xərc-mərclik artacaq. Onun zühurundan qısa müddət sonra İmam Zaman(ə) zuhur edəcək. 

İmamın tərəfdaşları ilə onun tərəfdaşları arasında müharibə olacaq və həzrət onun murdar boynunu vuracaq, İnşaallah!

Mən keçən yayda bir saytda onun zühur etdiyini yazan məqalə oxumuşdum. Məqalədə yazılırdı: "İraqın bir kəndində kasıb bir ailədə 25 il bundan 

əvvəl tək gözlü uşaq dünyaya gəlib. Uşağın atası kürdlər tərəfindən qətlə yetirilmişdir. Uşaq bir müddət anasının himayəsində qalır. Daha sonra anası 

uşağın tək gözlü olduğunu bəhanə edərək ondan qorxduğunu söyləyib cadugar bir qadına verir. Qadın onu 20 yaşınadək hər kəsdən gizli saxlayıb 

böyüdür. Ona çox müdhiş sehirlər öyrədir. Uşaq gəzintiyə çıxdıqda qadın libasında çıxarmış. 21 yaşında ikən artıq üzü açıq gəzərmiş. İnsanlar ondan 

çox qorxarmış. Onun yeməyi şüşə, suyu dəniz suyu idi. O torpaqdan qızıl düzəldərmiş. Bir gün polislər onu həbs edirlər. Amma ondan həbsxanada 

qorxurlar. Onun sehri sayəsində həbsxananın qapıları açılarmış. Polislər onun qarşısında aciz idilər. Ona nə qədər güllə atırmışlarsa da güllələrin biri 

də ona dəymirmiş. ”

Bir qrup İslam alimlərinə bu xəbəri veriblər. Onlar həmin məxluqun hədislərdə Dəccal adlanan məxluq hesab ediblər. 

Bildiriblər ki, o ikinci dəfə Xorasandan çıxacaq. Bundan sonrada İnşaallah İmam Zaman zühur 

edəcək.

Hər nə olursa olsun, Allah bizi dünyada əhli-beytin məhəbbətindən, axirətdə isə şəfaətindən binəsib etməsin. Bizi imanlı 

dünyadan köçürsün. Bizi şeytanın və Dəccalın şərrindən qorusun. AMİN! AMİN

                                               ! AMİN!

Просмотров: 1079 | Добавил: elshan | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
ONLINE VIDEO
ONLINE AUDIO
Calendar
«  Август 2009  »
Пн Вт Ср Чт Пт Сб Вс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Polls
Оцените мой сайт
Всего ответов: 49

ƏHLİBEYT-aşiqləri

null