 İMAM ƏLİ(Ə) HAQQINDA BƏZİ QURAN AYƏLƏRİ.
Bismillahir-Rəhmanir-Rəhim. Aləmlərin Pərvərdigarına həmd,peyğəmbərlər ağası Məhəmməd(s) və möminlər əmiri Əli(ə) və onların pak övladına(ə) salavat və salam olsun. Əli ibn Əbutalib(ə) haqqında yazmaq asan olduğu qədər də çətindir.Adətən,bir insanı vəsf etmək istədikdə,onu digər bir kimsə,yaxud nəsə ilə müqayisə etməyə çalışırlar.Zəmanə anasının hələ bu günə kimi bənzərini dünyaya gətirmədiyi Həzrət Əli(ə) barədə Qurani-Kərimdə 360-a yaxın ayə nazil olub.Bu ayələrdən bəzilərini aşağıda qeyd edirik:
1. “Budur,onda heç bir şübhə olmayan və təqvalıları hidayət edən kitab”.(Bəqərə,2) Ayədəki “təqvalılar” Həzrət Əliyə(ə) işarədir.
2. “Onlar Rəbbləri tərəfindən hidayət olunub,səadətə çatanlardırlar”.(Bəqərə,5) Ayədəki “səadətə çatanlar” Həzrət Əliyə(ə) və o cənabın şiələrinə işarədir.
3. “Gecə və gündüz,gizlin və aşkarda öz mallarını sərf edənlərin müzdü Rəbblərinin yanındadır”.(Bəqərə,274) “Gecə və gündüz,gizli və aşkar sərf edənlər” Əliyə(ə) işarədir.
4. “Bilikli olduqdan sonra səninlə mübahisə edənlərə de ki: “Gəlin,uşaqlarımızı və uşaqlarınızı,qadınlarımızı və qadınlarınızı,biz özümüzü,siz də özünüzü çağıraq.Sonra dua edib yalvaraq və Allahın lənəti yalançılara olsun”.(Ali-İmran,61) Ayədəki “uşaqlarımız” Həsəneynə(İmam Həsən(ə) və İmam Hüseyn(ə)), “qadılarımız” Fatimeyi-Zəhraya,”özümüz” isə Əliyə(ə) işarədir.
5. “Sizin dostunuz ancaq Allah,onun elçisi və namaz bərpa edən və rüku halında infaq edən möminlərdir”.(Maidə,55) Ayədəki “namaz bərpa edən və rüku halında infaq edən möminlər” Əliyə(ə) işarədir.
6. “Əmniyyət iman gətirənlər və imanlarını şirkə qatmayanlar üçündür və bunlar hidayət olunmuşlardır”.(Ənam,82) Ayədəki “İman gətirənlər və imanlarını şirkə qatmayanlar və hidayət olunmuşlar” Əliyə(ə) işarədir.
7. “Əgər səni aldatmaq istəsələr,sənin üçün Allah kifayətdir.Səni öz yardımı və möminlərin yardımı ilə dəstəkləyən Odur”.(Ənfal,62) Ayədə Allahın “öz yardımı və möminlərin yardımı ilə dəstəkləyən”ə işarə olunan şəxs Əlidir(ə). 8. “Ey peyğəmbər,Allah və sənə tabe olan möminlər sənin üçün bəsdir”.(Ənfal,64) Ayədə “sənə tabe olan möminlər” Əliyə(ə) işarədir.
9. “Böyük həcc günündə Allah və peyğəmbərin tərəfindən Allahla və peyğəmbərin müşriklərdən usandıqları insanlara elan olunur...”(Tövbə,3) Ayənin hökmünü Məkkədə elan edən Əli(ə) idi.
10. “...Sən ancaq saqındıransan və hər bir tayfanın yol göstərəni var”.(Rəd,7) Ayədəki “hər bir tayfanın yol göstərəni” Əliyə(ə) işarədir.
11. “...De ki: Mənimlə sizin aranızda Allah və kitabı bilən üçün şəhadət kifayətdir”.(Rəd,43) Ayədəki “kitabı bilən” Əliyə(ə) işarədir.
12. “Söylə: “Haqq gəldi və batil məhv oldu.Doğrudan ki,batil məhv olandır”.(İsra,81) Ayədə Kəbədəki bütləri Əlinin(ə) Peyğəmbərlə(s) birlikdə sındırmalarına işarə olunur.
13. “Bu sözdə könül sahiblərinə və görüb qulaq asana öyüd var”.(Qaf,37) Ayədəki “könül sahibləri və görüb qulaq asan” Əliyə(ə) işarədir.
14. “Lakin səadət əhli,səadət əhlinin halı necədir?”(Vaqiə,27) Ayədəki “səadət əhli” Əliyə(ə) işarədir.
15. “Allaha və Peyğəmbərinə iman gətirənlət doğru danışan siddiqlərdirlər...”(Hədid,19) Ayədəki “doğru danışan siddiqlər” Əliyə(ə) işarədir.
16. “Təqvalılar üçün qurtuluş və səadət yeri var”. (Nəba,31) Ayədəki “təqvalılar üçün qurtuluş və səadət yeri” Əliyə(ə) işarədir.
17. “İman gətirənlər və yaxşı işlər görənlər yaranmışları ən yaxşısıdır”.(Bəyyinə,7) Ayədə Əli(ə) şiələrinə işarə olunur.
18. “Ancaq iman gətirənlər, yaxşı işlər görənlər,bir-birinə haqqı tapşıranlar və bir-birniə dözümü tapşıranlardan başqa”.( Əsr,3) Ayədəki “iman gətirənlər, yaxşı işlər görənlər , bir-birinə haqqı tapşıranlar və bir-birlərinə dözümü tapşıranlar” Əliyə(ə) işarədir.
|